Turbo.az – onlayn maşın bazarı

50K rəy
Məzmun reytinqi
Hər kəs
1 mln+
Endirmələr
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli

Bu tətbiq haqqında

Turbo.az - Onlayn Maşın Bazarı

Azərbaycanın 1 nömrəli avtomobil platforması – Turbo.az-ın rəsmi tətbiqinə xoş gəlmisiniz! İstər yeni avtomobil, istərsə də digər nəqliyyat vasitənizi sərfəli qiymətə satın.

İstədiyiniz avtomobil burada
Geniş maşın elanları ilə hər zövqə və büdcəyə uyğun avto tapa bilərsiniz. Burada axtarışınızı asanlaşdıran onlarla filtr mövcuddur: qiymət aralığı, istehsal ili, yürüş, yanacaq növü və s. İstədiyiniz ucuz seçimlərdən tutmuş, premium seqmentə qədər minlərlə elana baxa bilərsiniz.

Turbo.az-da Toyota, Mercedes, BMW, KIA, Hyundai, Nissan, Suzuki, Lada, GAZ kimi populyar markalardan tutmuş, Rolls Royce, Tesla və BYD kimi eksklüziv seçimlərə qədər yüzlərlə fərqli maşınlar təqdim olunur. Bundan əlavə, moto, skuter və digər nəqliyyat vasitələri üzrə xüsusi bölmə var.

Avtomobilinizi tez satın
Şəxsi avtomobilinizi satmaq istəyirsiniz? O zaman maşın elanları yaradın, avtomobilin texniki göstəricilərini qeyd edin, şəkilləri telefonunuzdan yükləyin və elanınızı minlərlə potensial alıcıya anında nümayiş etdirin. Sadə və intuitiv interfeysimiz sayəsində elan yerləşdirmək çox vaxtınızı aparmayacaq.

Əsas funksiyalar:
Dəqiq axtarış: Brend, model, qiymət, şəhər və onlarla digər parametrə görə filtrasiya – ən uyğun maşın modelini dərhal tapın.
Asan elan yerləşdirmə: Sürətli və intuitiv interfeyslə elanınızı asanlıqla yaradın.
Birbaşa əlaqə: Satıcılarla zəng və ya mesaj vasitəsilə dərhal əlaqə saxlayın.
Seçilmiş elanlar: Bəyəndiyiniz elanları "Seçilmişlər" siyahısına əlavə edərək onlara daha sonra baxın.

Tətbiqdən daha çox!
Turbo.az sadəcə avtomobil platforması deyil, həm də super-tətbiqdir! Biz sizin vaxtınıza qənaət edirik və bütün ehtiyaclarınızı bir məkanda birləşdiririk.
– Daşınmaz əmlak axtarırsınız? Artıq ev axtarışı üçün başqa proqrama ehtiyac yoxdur. Tətbiqimizdən birbaşa Azərbaycanın ən böyük daşınmaz əmlak saytı – Bina.az-a keçid edə bilərsiniz. Yeni bina və ya mənzil, satılıq və ya kirayə evlər axtarırsınızsa, bütün elanlar bir toxunuşla əlinizin altındadır.
– İstədiyiniz hər şeyin alqı-satqısı: Fərqli məhsulların alqı-satqısı üçün universal elanlar saytı – Tap.az da həmçinin tətbiqimizə tam inteqrasiya olunub. Bir kliklə Tap.az-a keçid edərək sizə lazım olan hər şeyi tapın və ya satın.

Elə indi Turbo.az tətbiqini yükləyin və xəyallarınızdakı avtomobilə sahib olun və ya öz avtomobilinizi minlərlə alıcıya təqdim edin!
Turbo.az – Bina.az, avto, maşınlar, mənzillər
Güncəlləmə vaxtı
7 sen 2026
Seçilən hekayələr

Data təhlükəsizliyi

Təhlükəsizlik developerlərin məlumatlarınızı necə toplayıb paylaşdığını anlamaqdan başlayır. Məlumatların məxfiliyi və təhlükəsizlik təcrübələri istifadə, region və yaşınıza görə dəyişə bilər. Developer bu məlumatı təmin edir və zaman keçdikcə yeniləyə bilər.
  • Üçüncü tərəflərlə heç bir məlumat paylaşılmır
    Tərtibatçıların paylaşımı necə bəyan etdikləri haqqında ətraflı məlumat
  • Bu tətbiq bu data növlərini toplaya bilər
    Şəxsi məlumatlar və Foto və videolar
  • Data şifrələnmir
  • Datanın silinməsini tələb edə bilərsiniz

Reytinqlər və rəylər

49,4K rəy
Ayxan Eliyev
17 sentyabr 2026
çox pis tədbiqdi heçkim yükləməsin
1 nəfər bu rəyi faydalı hesab edir
Bu, faydalı oldu?
Digital Classifieds
21 sentyabr 2026
Salam, Ayxan bəy. Sizi narazı salan nə oldu? Səbəbi yazın, dərhal həll edək. 🤝
Hesen Samciyev
30 sentyabr 2026
çox yaxşı maşın alıcılarına məsləhət görrəm
1 nəfər bu rəyi faydalı hesab edir
Bu, faydalı oldu?
Digital Classifieds
1 oktyabr 2026
Bizə inam göstərdiyiniz üçün çox minnətdarıq! 🏆
Tunar
11 sentyabr 2026
İstdəyiniz Avtomobilləri/ Motorları asanlıqla tapa bilirsiz
4 nəfər bu rəyi faydalı hesab edir
Bu, faydalı oldu?
Digital Classifieds
21 sentyabr 2026
Dəyər verdiyiniz üçün təşəkkürlər! ❤️ Bizimlə tapmaq daha asandır!

Yeniliklər

Vacib düzəlişlər etdik, kiçik səhvləri aradan qaldırdıq və tətbiqin işini yaxşılaşdırdıq. Tətbiqimizdən istifadə etdiyiniz üçün təşəkkür edirik!